“Böyük yeddilər” gələn həftə Əfqanıstanla bağlı onlayn sammit keçirəcək

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirməyə razılaşdırdılar”, – xəbərdə qeyd edilir.

Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər