“Böyükşor Avtonəqliyyat” ASC 2025-ci ili 340.3 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ildə 342.3 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 0.6% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Böyükşor Avtonəqliyyat” ASC-nin satışı 604.2 min manatdan 601.2 min manata düşüb (0.5% azalma). ASC-nin sair əməliyyat gəlirləri 1.1 min manat, işçi heyəti üzrə xərclər 111.2 min manat, amortizasiya xərcləri 28.5 min manat, sair əməliyyat xərcləri 33.7 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 2% artaraq 1 milyon 875 min manat, cəmi kapitalı 3% artaraq 1 milyon 787 min manat olub.






