Niyə heç kim Konqodakı koltan müharibələrin qarşısını ala bilmir?
Banker.az xəbər verir ki, Koltan – tərkibində niobium və tantal olan mineraldır, “boz qızıl” adını alıb. Elektronikanın inkişafı ilə koltan mineralına olan tələbat sürətlə artmağa başlayıb. Belə ki, koltan smartfonlar və digər rəqəmsal cihazların istehsalında, kosmik və aviasiya sənayesində istifadə olunur. Filiz ehtiyatlarının 80%-i Konqo Demokratik Respublikası ərazisində cəmləşir (ən çox Okapi və Kaxuzi-Biyeqa ərazisində). Bu gün Konqodakı müharibələrin əsas səbəbi koltan mineralının istehsalıdır, müharibə nəticəsində 5 milyon insan həyatını itirmişdir.
Kolumbit – tantalit filizidir, qara qum şəklində hasil olunur və ABŞ, Almaniya, Çin və Qazaxıstandakı müəssisələrdə emal olunur.
Filizin hasilatı ilə yerli əhali məşğul olur, onlar ən primitiv əmək alətlərindən istifadə edirlər və 12 saatlıq iş müqabilində $2-3 qazanc əldə edirlər. Qeyd edək ki, dünya bazarında koltan mineralının qiyməti bir kiloya görə $400 çatır.
Kişilərlə bərabər şaxtalarda qadınlar və uşaqlar da işləyirlər.
Müxtəlif qüvvələrin yataqlar üzərindəki nəzarəti ələ almaq cəhdləri, koltan müharibələrin başlamasına səbəb olur.
Dünyanın smartfon və avtomobil istehsalçıları tənzimləyicilərin təzyiqi altındadırlar – onlardan xammalın qanuni mənbələrdən gəldiyini sübut etmələri tələb olunur. Hüquq mühafizəçiləri və KİV onları koltan mineralının qanunsuz idxal olunmasına günahlandırırlar və müharibələrə son qoyulmasını tələb edirlər.
Müharibələrə son qoymaq üçün rəqəmsal texnologiyalardan da istifadə olunur, bu təklif Almaniyanın blokçeyn şirkəti tərəfindən irəli sürülmüşdü, – şaxtalardan birində torbalara ştrix-kod nişanını vuraraq, xüsusi cihaz vasitəsilə onun çəkisini, haradan gətirildiyini və s. məlumatları əldə edir.
Mövcud kağız sertifikatlaşdırma sistemi mükəmməl deyil – etiketlər oğurlanır və qaçaqmalçılara satılır. Bununla yanaşı, rəqəmsal texnologiyalar da yaxşı seçim deyil – xərclər yüksək olduğundan burada GPS koordinatlarından istifadə edilmir, bundan əlavə insan amili də çox rol oynayır – məmurlar qaçaqmalçılarla sövdələşə bilərlər.
Kompleks mineral tədarük zəncirlərini izləmək üçün daha qabaqcıl texnologiyalar qonşu ölkələrdə istifadə olunur, lakin lazımi infrastrukturun olmaması və yüksək xərclər səbəbiylə Konqoda bu mümkün deyil.
IPIS Beynəlxalq İnformasiya Xidməti və Danimarka Beynəlxalq Tədqiqatlar İnstitutunun məlumatına görə, 2016-cı ildən 2018-ci ilə qədər izlənilən 711 şaxtaların 28% -də qanunsuz silahlı dəstələrə müdaxiləsi qeydə alınıb. Yerli rəsmilər bunun nadir hal olduğunu iddia edirlər.