-3 C
Baku
Sunday, December 15, 2024

BP Azəri-Çıraq-Günəşli üzrə xərcləri artırıb

2020-ci ilin birinci yarısı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə təxminən 268 milyon dollar əməliyyat məsrəfləri və 947 milyon dollardan çox əsaslı məsrəflər sərf olunub. Ötən il isə əməliyyat məsrəfləri 272, əsaslı məsrəflər isə 657 milyon dollar olub.

BP-nin hesabatında bildirilir ki, ikinci rüb ərzində Azəri Mərkəzi Şərq (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılmışdır.

Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etmişdir.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Son xəbərlər
Digər xəbərlər