21 C
Baku
Thursday, April 25, 2024

“BP Azerbaijan” və “Azfen” Gürcüstana investisiya yatıran şirkətlərin ilk 10-luğunda

“BP Azerbaijan” şirkəti və “Azfen” birgə müəssisəsi ötən il Gürcüstan iqtisadiyyatına böyük həcmdə birbaşa xarici investisiya yatıran qeyri-rezident sərmayədarların ilk onluğunda yer alıb.

Report agentliyinin yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Business Media” nəşri yazıb.

Panamanın “FRANKSTON INTERNATIONAL SL”, Lüksemburqun “Georgian amerikan alloys”, ABŞ-ın “International Telcell Celural LLC”, Koreyanın “Korea Water Resource Corporation”, Niderlandın “Rich metals Group” və “IDS Borjomi Beverages Co”, Çexiyanın “Energo-Pro” və Çinin “Xuaşan İnvestisiya Şirkəti LTD” şirkətləri də ilk 10-luğa daxil olub.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstan iqtsiadiyyatına 246,4 mln. ABŞ dolları məbləğində investisiya qoymaqla qonşu ölkənin əsas investoru olub. Azərbaycanın qonşu ölkəyə yatırılan ümumi birbaşa xarici investisiyalardakı payı 19,5% təşkil edib. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər