10 C
Baku
Wednesday, December 11, 2024

“BP-Azerbaijan”ın müddətli müqavilə əsasında işləyən işçilərinin sayı azalıb

Bu ilin birinci yarısının axırına, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, ötən rübə nisbətən bu işçilərin sayı 23 nəfər azalıb. Bu ilin birinci rübünün axırına, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 926 nəfər olub.

Amma ötən ilin ikinci rübü ilə müqayisədə isə müddətli müqavilə əsasında işləyənlərin sayında 37 nəfərlik artım qeydə alınıb. 2015-ci ilin ikinci rübünün axırına isə BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 866 nəfər idi.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse-prezidenti təyin olunub. Bu yeni vəzifədə E. Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir. Bundan əlavə daha iki Azərbaycan vətəndaşı birinci yarım ildə şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib – Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti, Zaur Paşayev isə sentyabr ayından başlayaraq BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse-prezidenti təyin olunublar.

APA

Son xəbərlər
Digər xəbərlər