15 C
Baku
Wednesday, April 24, 2024

BP “bloklanmış aktivlər”ini satmağı planlayır

BP neft qiyməti üzrə uzunmüddətli proqnozunu 1 barələ görə 55 ABŞ dollarına saldıqdan sonra, neft və qaz aktivlərinin müəyyən hissəsini satmağı planlayır.

Bunu “Reuters”ə BP-i ilə əlaqəli olan üç etibarlı mənbə bildirib. Məlumata görə, neft qiymətləri hətta bərpa olsa belə, şirkət neft və qaz aktivlərini satıb bərpa olunan enerji mənbələrinə sərmayə qoymaqda israrlıdır. BP bu qərarı satmaq istədiyi neft və qaz aktivlərini “bloklanmış aktivlər” kateqoriyasına (yani artıq iqtisadi cəhətdən sərfəli və səmərəli olmayan) aid etməsi ilə əsaslandırır.

Yeni strategiya şirkətin idarəçilərinin iyul ayında keçirilmiş toplantısında müzakirə olunub və mənbələrə əsasən, satılacaq “bloklanmış aktivlər”in dəyəri 17,5 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, bu addımlar BP-nin baş icraçı direktoru Bernard Luneyin bərpa olunan enerji mənbələrinə keçid planının bir hissəsidir. Bundan əlavə, şirkət neft və qaz hasilatını 40% azaltmağı planlayır.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər