12 C
Baku
Wednesday, December 11, 2024

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 26%-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 998,6 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 26,4% azalma deməkdir.

Hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 500,3 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (97 şirkət üzrə) 250,5 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 196 kiçik və orta müəssisə üzrə xərcləri 218 mln. dollar, 27 dövlət şirkəti üzrə xərcləri isə 29,8 mln. dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər