9 C
Baku
Thursday, December 12, 2024

BP qlobal neft-kimya biznesini satır

Böyük Britaniyanın BP şirkəti öz qlobal neft-kimya biznesini 5 mlrd. ABŞ dolarına “Ineos” şirkətinə satır.

Rusiya mətbuatının verdiyi məlumata görə, razılaşdırılmış saziş BP yeniləməsində şirkətin balansını gücləndirəcək növbəti strateji addımdır.

Razılaşmaya əsasən, “Ineos” öncədən 400 mln. dollar, sövdələşmə bağlandıqdan sora isə 3,6 mlrd. dollar ödəyəcək. Qalan 1 mlrd. dolları şirkət hissələrlə 2021-ci il ərzində təmin edəcək.

Tərəflər sövdələşməni bu ilin sonunadək bağlamağı planlaşdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər