10 C
Baku
Wednesday, December 11, 2024

BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya regionu üzrə direktoru Martin Şüepp mülki şəxslər arasında qurban sayının artması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Minlərlə mülki şəxslə bərabər, BQXK bu gün cəbhə xəttinin hər iki tərəfində ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub. Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə baş ğsağlığı verir.

Sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və xəstəxana, məktəb, market və mədəni abidələr kimi mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırmışdır. Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.

Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahat edicihəddə artmışdır. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar.

BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz”.

Son xəbərlər
Digər xəbərlər