21 C
Baku
Saturday, September 28, 2024

“Brain storm” heç bir işə yaramır!

2003-cü ildə Kaliforniya universitetindən psixologiya professoru Harlan Nemet bir eksperiment keçirmişdir. O 265 tələbə toplayır, onları 3 qrupa bölür və onlara eyni tapşırıq verir. “Brain storm” qrupu heç bir təlimat almayan qrupdan nisbətən yaxşı nəticələr göstərmişdir. Əslində isə ən yaxşı nəticəni mübahisə və tənqidi təklif edən komandanın üzvləri əldə etmişlər. Bu qrupun üzvləri 20% daha çox ideya təklif etmişdir. Daha sonradan tələbələrdən yenə yeni ideyalarının olub-olmaması barədə ayrı-ayrılıqda sual vermişlər.

Birinci və ikinci qrupun üzvləri ayrılıqda orta hesabla 3, üçüncü qrupun üzvləri isə 7-ə yaxın ideya irəli sürmüşlər.

Psixoloq Nemet-in fikrinə əsasən, “Brain storm” tənqidə və mübahisəyə qadağa qoyduğu üçün effektiv deyil. Fikir ayrılığı yeni ideyaların yaranmasına mane olmur, əksinə yeni ideyaların yaranmasını stimullaşdırır.

Son xəbərlər
Digər xəbərlər