4 C
Baku
Friday, March 29, 2024

“Brand Credit BOKT” ötən il xalis mənfəət etsə də, kredit portfeli kiçilib

“Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC 2021-ci ildə 575.22 min manatlıq xalis mənfəət əldə edib.

Banker.az bu barədə BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2021-ci il ərzində 2 147.86 min manatlıq faiz gəliri, 368.37 min manatlıq faiz xərci, 395.02 min manatlıq kredit zərəri ehtiyatı olub.

Haqq və komsiyalardan demək olar ki, gəlir əldə edə bilməmiş, əvəzində bu qəbildən olan 23.9 min manat xərci çıxıb və inzibati xərclərinin həcmi 667.07 min manat olub. 118.28 min manatlıq mənfəət vergisi xərcindən sonra xalis mənfəət 575.22 min manat (2020: 550.19 min manat) olmuşdur.

Bu xalis mənfəətdən sonra BOKT-un bölüşdürülməmiş mənfəəti 225.56 min manatdan 515.42 min manata çatıb.

Yuxarıda qeyri-faiz gəlirlərinin göstərməməsi və eləcə də ötən il ərzində müştərilərə verdiyi kredit portfelinin azalması ehtimal yaradır ki, BOKT ötən il istənilən həcmdə kredit verə bilməyib. Onun kredit portfelinin həcmi 2021-ci ildə 4 265.43 min manatdan 4 168.17 manata düşüb.

Aktivlərinin həcmi isə 5 298.62 min manat təşkil edib.

Hesabatda göstərilir ki, “Brand Credit BOKT”un 2,883.2 min manatlıq öhdəliyi var. Bu öhdəliklərin 1,084.93 min manatı müddətli borc öhdəlikləri, 1,462.92 min manatı isə emissiya etdiyi qiymətli kağızlar üzrə öhdəlikdir.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Təsisçiləri isə Əli Hüseynov, Yeganə Vəliyeva və Şəbnəm Vəliyeva olub.

2222222 1

111 1

Son xəbərlər
Digər xəbərlər