-3 C
Baku
Sunday, December 15, 2024

“Brand Credit” BOKT-u verdiyi kreditlər hesabına kiçilib

“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 77 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 407 min manat zərərlə çıxmışdı.

Ötən il “Brand Credit”in gəlirləri 992 milyon manat, o cümlədən faiz gəlirləri 923 min manat, qeyri-faiz gəlirləri 69 min manat, xərcləri 934 min manat, o cümlədən faiz xərcləri 508 min manat, qeyri-faiz xərcləri 426 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 20 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 2,899 milyon manat olub ki, bu da illik müqayisədə 20% azdır. Bunun 1,831 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 36,9% kiçilib.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 29,8% azalaraq 2,329 milyon manata düşüb, balans kapitalı isə 86,3% artaraq 570 min manata çatıb.

©Renkinq

 

Son xəbərlər
Digər xəbərlər