11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

“Bravo” ilkin olaraq 10 mln. manatlıq istiqraz buraxır – Hərrac keçiriləcək

14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Qeyd edək ki, “Azərbaycan Supermarket” MMC ümumilikdə 40 mln. manatlıq istiqraz emissiya edəcəyini açıqlayıb.

2313231

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər
X