-3 C
Baku
Sunday, December 15, 2024

Bravo istiqrazları üçün 19 investor sifariş verdi

28 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2001023525 dövlət qeydiyyat nömrəli, 10,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 1,000 AZN (10.5%) və 1,052.4731 AZN (8.5%) olan 40 sifariş təqdim edilmişdir.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25%), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658%) müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 10.5 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,031,000.00 manat təşkil etmişdi.İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər