9 C
Baku
Friday, December 13, 2024

“Bravo” supermarketlər şəbəkəsi bankdan borc alıb

“Bravo” supermarketlər şəbəkəsi, yaxud hüquqi adı ilə “Azərbaycan Supermarket” MMC ötən il bankdan uzunmüddətli borc cəlb edir.

Bu barədə Banker.az şirkətin hesabatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun bankdan cəlb etdiyi borc 1 yanvar 2022-ci il tarixinə 6.43 mln. manat təşkil edib. Hansı ki bu növdə onun öncəki ildə borcu qeydə alınmamışdı. Ötən il qısa müddətə bankdan cəlb edilən borclar isə 9 mln. təşkil edib.

“Azərbaycan Supermarket” 2021-ci ildə fond bazarından da vəsait cəlb etmişdi. Belə ki, ilk tranşlarda 10.56 mln. manatlıq buraxılmış istiqraz üzrə öhdəliyi yaranıb.

Səhmdarlarından cəlb edilən borclar isə 193.38 mln. manatdan 229.62 mln. manata yüksəlib.

Qeyd edək ki, hesabat dövrünə onun aktivlərinin həcmi 533.6 mln. manat, öhdəliklərinin həcmi 115.91 mln. manat və kapitalı isə 23.8 mln. manat olub. Kapitalının azalmasına səbəb onun balansındakı illərin yığılmış zərərinin 179.09 mln. manata çatmasıdır.

Son xəbərlər
Digər xəbərlər