“Azərbaycan Supermarket” MMC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.
Banker.az bu barədə MMC-nin yarımillik hesabatına istinadən xəbər verir.
Belə ki, Jesper Hojer Müşahidə Şurasının yeni üzvü təyin edilib.
Qeyd edək ki, Qasımov Cəlal Ələkbər oğlu Müşahidə Şurasının Sədri, Sheik Fareed Shabbir, Məmmədov Fərid Usad oğlu, Kərimov Fuad Ələkbər oğlu, İsmayilzadə Fariz Akif oğlu isə Müşahidə Şurasının üzvüdür. Baş İcraçı Direktor Kevin Paul Landidir.