28 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2002023524 dövlət qeydiyyat nömrəli, 10 mln. manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Banker.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1002.549 AZN (11.1185%) və 1055.0898 AZN (8.9812%) olan 14 sifariş təqdim edilib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1054.5834 AZN (9.0012%), orta ölçülmüş qiyməti 1054.6035 AZN (9.0004%) müəyyən edilmişdir.
İstiqrazın illik faiz dərəcəsi 10.5% , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək.
İstiqrazların ödəmə tarixi 28 oktyabr 2024-cü il.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14 496 000 manat təşkil etmişdi.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.