9 C
Baku
Thursday, December 26, 2024

Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 67 % azalmaq istəyir

Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 67 % azaltmağı planlaşdırır.

Bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin bildirib.

O qeyd edib ki, Braziliyanın İkinci Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC) ölkənin 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 59-67 % azaltmaq öhdəliyini nəzərdə tutur: “Yeni hədəfə nail olmaq üçün 2035-ci ildə emissiyanı 850 milyon tondan 1,05 milyard tona qədər azaltmaq lazımdır”.

Son xəbərlər
Digər xəbərlər