-3 C
Baku
Sunday, December 15, 2024

Braziliya hökuməti “Apple”dan zaryadka blokunu iPhone komplektinə geri qaytarmağı tələb edib

Xatırladaq ki, 2020-ci ildə “Apple” şirkəti “ətraf mühiti qorumaq” adı ilə iPhone ilə birlikdə gələn zaryadka blokunu qutudan çıxarıb. Braziliyanın San-Paulu ştatı buna etiraz edərək, “Apple”dan zaryadka blokunu komplektə geri qaytarmağı tələb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, şirkət bu tələbə dekabrın 4-dək cavab verməlidir, əks təqdirdə Braziliyada ona qarşı cərimə cəzası tətbiq ediləcək.

Braziliyada istehlakçı hüquqlarını qoruyan “Procon-SP” təşkilatı “Apple”dan zaryadka blokunu niyə qutudan çıxardığını soruşub və onun istifadəçilərə zərər verdiyini isbat etməyə çağırıb. Şirkət əksər istifadəçilərin uyğun zaryadka blokuna sahib olduğunu və bu qərarın istixana qazı tullantılarını azaldacağını bildirib.

Belə bir cavab Braziliya tənzimləyicisini qane etməyib: “Procon-SP “Apple”in kifayət qədər dəlil təqdim etmədiyini və ölkənin qanunlarını pozduğunu söyləyib. Qeyd edək ki, hələki bu qərar təkcə San-Paulu ştatına aiddir.

Xatırladaq ki, daha əvvəl “Apple”a qarşı Fransa hökuməti etiraz etmişdir. Bu, şirkətin EarPods qulaqcığını da qutudan çıxarması ilə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər