14 C
Baku
Saturday, April 27, 2024

Braziliya Mərkəzi Bankı son 10 ildə ilk dəfə dollar satacaq

Braziliya Mərkəzi Bankı (BMB) realın məzənnəsini sabitləşdirmək üçün son 10 ildə ilk dəfədir valyuta ehtiyatlarından dollar satacaq.

Report agentliyi EFE-yə istinadən xəbər verir ki, avqustun 21-29-da BMB valyuta ehtiyatlarının 1 faizinə qədəri olan 3,8 milyard ABŞ dolları satmaq nəzərdə tutulur ki, bu addım nəticəsində realın məzənnəsinin sabitləşəcəyi güman edilir.

Ötən günkü hərraclarda realın dollara nisbətən məzənnəsi 4 reallıq psixoloji həddi aşmaqla ilin əvvəlindən 1,7 faiz ucuzlaşıb. San-Paolo Fond Birjasında İbovespa indeksi 2,94 faiz düşərək 100,258 bənd təşkil edib. Məzənnənin düşməsini qonşu Argentinada ilkin səsvermə nəticəsində müxalifət nümayəndəsinin qələbəsi də şərtləndirib.

Bununla yanaşı, ekspertlər Braziliya valyutasının məzənnəsinə təsir edən başlıca amillər olaraq ABŞ ilə Çin arasında davam edən ticarət qarşıdurmasını, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən sazişsiz çıxmasını, Honkonqdakı iğtişaşlar və s. hadisələri göstərirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər