8 C
Baku
Thursday, December 12, 2024

Braziliya Venesuela Prezidentinin ölkəyə giriş qadağasını ləğv edib

Braziliyanın istefa verən hökuməti Venesuela Prezidenti Nikolas Maduronun ölkəyə giriş qadağasını ləğv edib.

Bu barədə “O Estado de S. Paulo” qəzeti məlumat yayıb.

Beləliklə, Bolivar respublikasının başçısı Braziliyanın yeni seçilmiş prezidenti Luis İnasio Lula da Silvanın yanvarın 1-nə planlaşdırılan andiçmə mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, Maduronun ideoloji rəqibi olan hazırkı prezident Jair Bolsonaro Braziliyada hakimiyyətə gəldikdən sonra Braziliya rəsmi Karakas və onun diplomatik nümayəndələri ilə əlaqəni dayandıraraq, onları müvafiq statusdan məhrum edib.

Son xəbərlər
Digər xəbərlər