Yerli marketoloq Rafiq Hunaltay(@hunaltay) xəbər saytlarımızın facebook fan səhifələrini təhlil edib və bu barədə öz bloqunda oxucuları ilə paylaşıb. Bizdə bu təhlili sizinlə paylaşırıq :
Dəyərli dostlar, Socialbakerslə əməkdaşlıq çərçivəsində 4-cü araşdırmamı bu gün Sizinlə paylaşmaq istəyirəm. Bu dəfə xəbər saytlarımızı təhlil etmək qərarına gəldim. Belə ki, xəbər saytları fanlarla bağlılıq və əlaqə baxımından şirkət fan səhifələrinə görə daha üstündür. Bu gün aylıq ziyarət sayına top 5-likdə olan 2 xəbər saytını – oxu.az və 1news.az xəbər saytlarını təhlil edəcəyik. Ona qədər isə gəlin görək ümumiyyətlə xəbər saytları arasında facebook fan səhifə üzrə ümumi durum necədir?!
Aşağıdakı şəkildə top 10 xəbər saytımızın Facebook fan sayı məlumatları var. Qeyd edim ki, burada bütün ölkələr üzrə fan sayıdır. Lokal fan sayı statistikasına isə aşağıda nəzər yetirəcəm. Burada vəziyyət bir az qəlizdir.
Braziliyadan 100 min fan kimə lazımdır?!
62000-lik fanla oxu.az siyahı üzrə 24-cü yerdədir. Gördüyünüz kimi 1-ci yerdə olan bizimyol.info facebook fan sayının yalnız 32%-i Azərbaycandandır. 100 min fan Braziliyadan, 95 min Türkiyədən, 67 min isə Misirdəndir. Qısası bu səhifənin demək ki, yalnız 580000-i Azərbaycandandır.
1news.az-da isə 225 min, yəni total fanın 16.6%-i Azərbaycandandır. 90 min Rusiya, 75 min isə Ukrayna, 55 min isə ABŞ-dan fan var. Bu statistikanı Socialbakers verir. Durum həqiqətən belədirsə, vəziyyət o qədər də yaxşı deyil. Axsam.az-in 34%-i yalnız Azərbaycandandır. 45000 Braziliyadan fan da bu səhifədə var.
Təhlil obyektimiz oxu.az-da isə 88.8%-i Azərbaycandandır. Digər xəbər saytları ilə müqayisədə bu çox yaxşı göstəricidir. Dünyada yaşayan 50 milyon Azərbaycanlı falan bilirəm, amma 100 000 Braziliyadan fan məncə o 50 000 000-a daxi deyil .
Təhlil müddəti – Son 3 ay ( 13 yanvar 2016 – 11 aprel 2016)
Təhlil edilən sahə: Xəbər saytı
Təhlil edilən obyektlər:Oxu.az, 1news.az
Təhlil edilən platforma: Rəsmi facebook fan səhifə
Təhlil: 1. Xəbər saytlarımızı da 5 ballıq sistemlə qiymətləndirəcəm. Yerli fan sayında ciddi uyğunsuzluq yaxşı göstərici sayılmır. Bu fərq ən az olan oxu.az-a buna görə 3 bal vermək olar. 1news.az isə bu göstəriciyə görə 2 alır. Digər təhlildə ümumi fan sayı göstəricisinə bu dəfə yer vermədim.
2. Səhifə postlarının sayı / number of page posts
Təhlil: 1news.az orta gündəlik 39 post, oxu.az isə 24 post paylaşır. Total rəqəmlərdə də 1news.az irəlidədir. Buna görə 5 ballıq sistemlə 1-ci 3 bal, oxu.az isə 2 bal alır.
3. Səhifə post növlərinə görə sıralama
Təhlil: Səhifə post növlərinə görə gördüyümüz kimi 1news.az daha çox növlərdən istifadə edib. Oxu.az isə ancaq link, şəkil və video istifadə edib, nədən nə qədər istifadə isə yuxarıdakı şəkildə verilib. Bu göstəriciyə görə də 5 ballıq sistemlə 1news.az 3, oxu.az 2 bal alır.
4. Orta aylıq interaction növlərinə görə faiz bölgüsü
Təhlil: Yuxarıda gördüyünüz kimi 1news.az il oxu.az arasında bu hissədə fərq böyükdür. Toplam interaction (like+comment+share) sayı 1-cidə 2.3 milyondursa, ikincidə bu 134 mindir. Şərh və paylaşma faizlərinə görə də 1-ci faiz etibarilə öndədir. Bildiyiniz kimi mən burada kəmiyyət olaraq sayı deyil, total interaction içində faiz payına görə götürürəm. Bu göstəriciyə görə 1news.az 5 ballıq sistemdən 4, Oxu.az isə 3 bal alır.
5. Ortalama 1000 fana görə “interaction” sayı
Təhlil: Yuxarıdakı şəkildən gördüyünüz kimi ortalama 1000 fana görə interaction (like+comment+share) sayına görə 2400-lə oxu.az birinci yerdə, rəqibi isə 1900 interaction alıb 1000 fandan. Bu göstəriciyə görə oxu.az 4, 1news.az isə 3 bal alır. Qeyd edim ki, bu göstərici olduqca vacib göstəricidir, fan sayınızın çox olmasından asılı olmayaraq ortalama 1000 fanınızın aktivliyini ölçür. Bildiyiniz kimi indi fan sayı deyil, mövcud fanların nə formada aktivlik göstərmələri önəmli sayılır.
6. Fan səhifə görünüşü
Təhlil: Başlayaq oxu.az-dan. Əvvəla səhifənin “about” bölməsi rəqibi ilə müqayisədə daha qısa doldurulub. Fan səhifə “call-to action” düyməsindən istifadə etməyib. Rəqibi isə onu “watch video” kimi istifadə edib səhifənin video bölməsinə yönləndirir. Şəkildən gördüyünüz kimi oxu.az səhifə profili ölçüləri düzgün seçilmədiyindən loqo yarımçıq düşüb. Cover şəkili isə yenə də düz ölçülü və xüsusi hazırlanmış şəkil olmadığına görə həm düzgün oturmur, həm də çox bəsit görünür. Rəqibdə isə profil olduqca net şəkildə oturur. Cover isə gördüyünüz kimi ölçüyə uyğun və xüsusi hazırlanıb. Oxu.az-da xəbər paylaşanda xəbərin ancaq başlığı çıxır və SMM menecer xəbərin rəsmi hissəsindən alıntıları verir. 1news.az-da isə link kimi xəbər paylaşılanda başlıqdan əlavə xəbərdən də 1-2 cümlə düşür. Əlavə olaraq oxu.az heç bir app-dan istifadə etmədiyi halda, rəqibi twitter app istifadə edir. Eyni zamanda 1news.az -da SMM menecer daha fanlara yaxın şərhlər verir. Məsələn, Çilidə balıqların məhvi ilə əlaqədar xəbəri link kimi səhifələrinə atıb post başlığı kimi “Yazıq balıqlar və kədərlənmə işarəsi”ndən istifadə ediblər. Bu fanlar tərəfindən daha rahat və xoş qəbul olunur. Deyilənləri nəzərə alaraq 1news.az 4 bal, oxu.az isə 3 bal alır.
Yekun: Əvvəlki səhifələrin təhlilində olduğu kimi burada biz cəmi 6 parametr götürdük və onları 5 ballıq şkala ilə qiymətləndirdik. Hər iki xəbər saytı fanların səhifəyə post etməsinə izn vermədiyinə və suallara cavab vermədiyinə görə Socially devoted parametri üzrə qiymətləndirmə olmadı. Əvəzində əvvəlki səhifələrdə etmədiyimiz səhifənin vizual görünüşünə diqqət etdik. Beləliklə, bütün parametrlər üzrə balları toplasaq 1news.az 19 bal, oxu.az isə 14 bal alır. Bu dəfəki duelimizdə qalib 1news.az oldu. Təbrik edirik.
Növbəti təhlildə daha faydalı olmaq ümidi ilə…
P.S. Növbəti təhlil qısa müddət ərzində gündəmi tutub sürətlə artan Müdafiə Nazirliyinin facebook səhifəsi olacaq.