10 C
Baku
Wednesday, December 11, 2024

Brend və Reklam işi üzrə Mütəxəssis – Nar

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri  ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.

Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və  peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.

Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

Brend və Reklam işi üzrə Mütəxəssis

Əsas Vəzifə və Öhdəliklər:

• ATL və BTL reklam və təşviqat kampaniyalarını, promo aksiyaları hazırlamaq və həyata keçirmək
• Biznes hədəflərinə yönəlmiş marketinq və kommunikasiya planlarını irəli sürmək və hazırlamaq
• Həyata keçirilən kommunikasiya və təşviqat kampaniyalarının məhsul strategiyası ilə bağlılığına nəzarət etmək
• Layihə çərçivəsində reklam agentliyini istiqamətləndirəcək yaradıcı briflər hazırlamaq
• Agentlik, təchizatçı və vendorlar ilə gündəlik əməkdaşlıq etmək
• Brendin müsbət imicini artırmaq və gücləndirmək

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Konsept və kommunikasiya strategiyasının qurulması bacarığı
• Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
• MS Office Proqramlarını bilmək

Tələb olunan təhsil və iş təcrübəsi:

• Marketinq, İqtisadiyyat və ya Biznesin təşkili və idarə olunması üzrə Ali təhsil
• Marketinq, brend və ya reklam sahəsində ən azı 2 il iş təcrübəsi (Müvafiq sahədə kreativ agentlikdə işləmə təcrübəsi üstünlük hesab olunur)

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 09/11/2016

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda Brend və Reklam işi üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Son xəbərlər
Digər xəbərlər