Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxması xəbərindən sonra bir dəqiqə ərzində 1,91% azalaraq 110 dollar/barel səviyyəsinə düşüb.
Bu xəbərə qədər neft qiymətləri yüksəlirdi və pikdə Brent-in bir bareli 4% artaraq 112,66 dollara çatmışdı. Bundan əvvəl Brent-in qiyməti sonuncu dəfə martın 23-də 112 dolları ötüb.
BƏƏ-nin qərarı fonunda baş verən kəskin enişdən sonra neft kotirovkaları yenidən artaraq 111 dollar/bareldən yuxarı səviyyəyə qayıdıb.
“Financial Times” yazır ki, neft qiymətlərinin ümumi artımı ABŞ və İran arasında enerji daşıyıcılarının Hörmüz boğazı vasitəsilə tədarükünü bərpa edə biləcək sülh razılaşması üzrə irəliləyişin olmaması ilə bağlıdır.






