Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə edilir.
09:38 (GMT+4)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,21$, yəni, 0,43% artaraq 48,58$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,30$, yəni, 0,39% bahalaşaraq 51,53$-a təklif olunub.