Dünya bazarlarında neftin qiyməti bir aşağı enib.
Banker.az Bloomberg-ə istinadən məlumat verir ki, Bakı vaxtı ilə saat 09:22 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.57$ , yəni, 1.10% eniş edərək 51.02 $-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.67$, yəni, 1.11% ucuzlaşaraq 59.81$-a təklif olunub.