25 C
Baku
Saturday, July 27, 2024

Brent neftinin qiyməti bahalaşaraq 83 $/bll-i ötüb

Brent neftinin qiyməti bahalaşaraq bir barrel üçün 83 dolları ötüb.

Banker.az xəbər verir ki, ICE qitələrarası fond birjasında bir barrel Brentin dəyəri 17 sent və ya 0.21% artımla 83.05 dollar təşkil edib. Bu da son iki həftə ərzində qeydə alınmış ən yuxarı göstəricidir.

ABŞ nefti WTI-ın qiyməti isə 20 sent və ya 0.26% artaraq 78.06 dollar təşkil edib.

OPEC+ üzvləri cümə axşamı görüş keçirməlidirlər. Qrupa yaxın mənbələr Reuters-ə bildiriblər ki, görüş öncəsi danışıqlar əlavə hasilatın azaldılmasına yönəlib, lakin detallar hələ razılaşdırılmayıb.

Son xəbərlər
Digər xəbərlər