Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neft fyuçersinin qiyməti 2026-cı il 27 maydan bəri ilk dəfə bir barel üçün 99 dolları keçib. Bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 15:35-ə olan məlumata görə, Brent neftinin qiyməti 5,3% artaraq 99,06 dollar/barel səviyyəsinə yüksəlib.
Saat 15:40-da isə artım tempi bir qədər zəifləyib və Brent fyuçersləri 99,05 dollar/barel (+5,29%) səviyyəsində ticarət olunub.







