Birjalarda neftin qiyməti ucuzlaşıb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:40 radələrində Brent markalı xam neftin London birjasındakı qiyməti 66.53 dollar/barrel təşkil edib. Bu da 0.24 dollar, yaxud 0.36% ucuzlaşma deməkdir.
WTI neftinin Nyu-York birjasındakı qiyməti 0.16 dollar, yaxud 0.25% ucuzlaşma ilə 62.97 dollar/barrelə qədər düşüb.