Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:15 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.11$ yəni, 0.17% artaraq 64.51$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.04$, yəni, 0.06% bahalaşaraq 71.14$-a təklif olunub.