2 C
Baku
Saturday, December 14, 2024

“Brex” fintex-startapı $7.4 mlrd. qiymətləndirmə ilə $425 mln. cəlb edib

Amerikanın “Brex” fintex-startapı tarixindəki ən böyük müqavilə bağlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Bildirildiyi kimi, startap 7.4 milyard dollar qiymətləndirmə ilə 425 milyon dollar cəlb edib. Aparıcı investor qismində “Tiger Global” şirkəti çıxış edib. Ümumilikdə, yarandığı gündən bəri “Brex” 1.2 milyard dollar cəlb edib.

Şirkət maliyyə göstəricilərini açıqlamayıb. Məlumdur ki, 2021-ci ilin birinci rübündə xidmətin müştərilərinin sayı 80% artıb. “Brex” – hal-hazırda ABŞ-da və Avropada aktiv şəkildə inkişaf edən startaplardan biridir. Daha əvvəl 1.2 milyard dollar qiymətləndirmə ilə “Ramp” layihəsi 115 milyon dollar cəlb edib.

Xatırladaq ki, “Brex” detallı analitika və əlavə funksiyalı korporativ kredit kartlar buraxır.

Son xəbərlər
Digər xəbərlər