9 C
Baku
Thursday, December 12, 2024

“Brexit”ə alternativ “B planı” qanunu qəbul edildi

Bu gün Böyük Britaniya parlamentində keçirilən səsvermədə deputatlar ölkənin Avropa İttifaqından ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nın təqdim edilməsi barədə qanun dəyişikliyini qəbul edib.

Banker.az bildirir ki, bu barədə “Reuters” xəbər yayır.

Dəyişikliyə əsasən, əgər 15 yanvarda “Brexit” sazişi parlament tərəfindən təsdiqlənməzsə baş nazir Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti səsvermədən sonra 21 yox, 3 iş günü ərzində parlamentə alternativ plan təqdim etməli olacaqlar. Lakin hökumətin deputatların bu tələbini qəbul edib-etməyəcəyi sual altındadır.

Britaniya parlamentində İcmalar Palatasının spikeri Anrea Ledsom bəyan edib ki, Tereza Mey hökumətinin bu tələbi qəbul etməkdən başqa çıxış yolu yoxdur.

Britaniyanın “Brexit” məsələləri üzrə naziri Stiven Barkli isə bildirib ki, “Brexit” planını parlament tərəfindən rədd edilərsə, hökumətin niyyəti də elə məhz çevik davranmaq və qanunverici orqana təhlükəsizlik zəmanəti verməkdir.

Qeyd edək ki, əgər Mey 15 yanvarda parlament səsverməsini uduzarsa Britaniyanın müxalif Leyboristlər Partiyası hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəklərini bəyan edib.

©AzVision

Son xəbərlər
Digər xəbərlər