19 C
Baku
Friday, May 3, 2024

“Brexit” baş tutdu: Böyük Britaniya rəsmi olaraq Aİ-dən çıxdı

Böyük Britaniya Avropa İttifaqını rəsmi surətdə tərk etdi. Belə ki, “Brexit” yanvarın 31-də yerli vaxtla 23:00-da (Bakı vaxtı ilə 3:00-da) baş tutub. 

Aİ-nin tərkibindən çıxmamışdan öncə ölkənin Baş naziri Boris Conson xalqa müraciət edərək, Birləşmiş Krallığın gələcək inkişafının prioritetlərini qeyd edib. “Brexit”in baş tutmasını Londonun mərkəzində toplaşan minlərlə insan sevinclə qarşılayıb. Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra növbəti 11 ay ərzində tranzit dövrü olacaq. Böyük Britaniya və Aİ bir sıra mexanizmləri razılaşdırmalı və gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirməli olacaqlar. Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər