19 C
Baku
Sunday, May 5, 2024

Brexit bir maneə deyil: “Forbes”ə görə İngiltərə biznes üçün ən yaxşı ölkədir

Birləşmiş Krallıq, iş qüvvəsinin gücü, innovasiyaların inkişafı və bürokratiyanın olmamasına görə iki ildir ki liderlik edir.

Breksitlə əlaqəli qeyri-müəyyənlik, daşınmaz əmlak bazarında yaşanan problemlər və bir sıra şirkətlərin ölkədən materikə köçürülməsi, Böyük Britaniyanın biznes üçün ən uyğun ölkə olmasına mane olmadı.

“Brexit ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, İngiltərədə ikinci ildir ki, işçi qüvvəsinin gücü, yenilik və bürokratiyanın olmaması baxımından dünya birincisidir”, – jurnal qeyd edib.

Siyahının ikinci sırasında İsveç, sonra Hong Kong durur. İlk onluğa Hollandiya, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə də daxildir. Azərbaycan bu siyahıda 70-ci mövqe tutub.

Reytinqin tərtibatçıları, qiymətləndirməni həyata keçirən zaman mülkiyyət hüququnun müdafiəsi, innovasiya, vergi sistemi, texnologiya, korrupsiya, infrastruktur, bazar ölçüsü, siyasi risklər, həyat keyfiyyəti və bürokratiyanın səviyyəsi kimi bir sıra amilləri nəzərə alıblar.

TAM LİST ÜÇÜN LİNK

Son xəbərlər
 ⁠
Digər xəbərlər