Böyük Britaniyanın baş naziri Tereza Mey ötən gün parlamentdəki “Brexit” səsverməsini uduzduqdan sonra müxalif Leyboristlər Partiyası bu axşam saat 19:00-da Meyə qarşı etimadsızlıq səsverməsi keçirəcək.
“Reuters”ə istinadən, bu barədə Leyboristlərin lideri Ceremi Korbin bəyan edib. Bildirib ki, bu cür məğlubiyyətdən sonra Tereza Mey hökumətinin səlahiyyətlərini davam etməsi yolverilməzdir.

Qeyd edək ki, ötən axşam Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini təsdiqləməyib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib.
©Az Vision


 
                                    




