15 C
Baku
Friday, April 26, 2024

“Brexit”dən sonra ABŞ Böyük Britaniya ilə yeni ticarət razılaşmasına hazırdır”

ABŞ Dövlət Katibi Mayk Pompeo “Brexit” prosesi bitdikdən sonra İngiltərə ilə yeni sərbəst ticarət müqaviləsi imzalamaq istədiklərini söyləyib.

 CNN-ə istinadla xəbər verilir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo Vaşinqtonda İngiltərənin yeni Xarici İşlər Naziri Dominik Raabla görüşdən əvvəl belə deyib.

Pompeo, həmçinin, İngiltərənin Hörmüz boğazında ABŞ-ın təşəbbüsü ilə yaradılan dəniz təhlükəsizliyi təşəbbüsündə iştirak etməsindən də məmnun olduğunu vurğulayıb.

İngilis nazir isə öz növbəsində ölkəsinin baş naziri Boris Conson və onun rəhbərlik etdiyi kabinetin oktyabr ayının sonunda Avropa Birliyini (AB) tərk etmək qərarına gəldiyini söyləyib.

©APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər