Britaniya hakimiyyəti baş konsul və altı çinli diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə məlumatı Britaniyanın xarici işlər naziri Ceyms Kleverli sosial media hesabında paylaşıb.
O bildirib ki, qərar oktyabrın 16-da Mançesterdəki Çin Baş Konsulluğunda baş verən insidentdən sonra verilib.
Belə ki, həmin gün Honq-Konqdan olan onlarla fəal baş konsulluğun binası yaxınlığında etiraz aksiyası keçirib, nümayişçiləri dağıtmaq üçün binadan bir neçə mühafizəçi çıxıb. Etirazçılardan birini konsulluğa sürükləyiblər. Polisin məlumatına görə, nümayişçi yaralanıb.