2 C
Baku
Saturday, December 14, 2024

Britaniya iqtisadiyyatı “brexit” səbəbindən140 mlrd. funt-sterlinq itirib

Böyük Britaniya iqtisadiyyatı “brexit” səbəbindən demək olar ki, 140 milyard funt-sterlinq (178.7 milyard dollar) və ya ümumdaxili məhsulun 6 faizini itirib.

Bunu London meri Sadiq Xan deyib. Onun sözlərinə görə, ölkənin Avropa İttifaqını tərk etməsi paytaxt iqtisadiyyatına 30 milyard funt-sterlinqdən çox zərər vurub.

“Brexit arxada qoya biləcəyimiz kiçik problem deyil. O, ən çətin vaxtlarda insanların və müəssisələrin imkanlarının, biznesinin və gəlirlərinin itkisinə səbəb olan mövcud böhranının əsas səbəbidir”, – deyə Sadiq Xan bildirib.

Qeyd olunub ki, 2023-cü ildə hər britaniyalı “brexit” səbəbindən orta hesabla təxminən 2 min, Londonun hər bir sakini isə 3 min 400 funt-sterlinq itirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər