16 C
Baku
Thursday, April 25, 2024

Britaniya iqtisadiyyatı iyunda 1% böyüyüb

Bu ilin iyun ayında Böyük Britaniya iqtisadiyyatı aylıq müqayisədə gözləniləndən daha çox – 1% böyüyüb.

“Reuters”in verdiyi məlumata görə, böyümənin əsas drayveri kimi may ayında COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılmasından irəli gələn xidmət sektorunun sürətli artımı göstərilir. Xidmət sektoru iyunda aylıq müqayisədə 1,5%, təkcə qida və içki xidmətləri isə 10% artıb.

Dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 17% artıb
Azərbaycan əhalisi bu il ödənişli xidmətlərə 3,5 mlrd. manat xərcləyib
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4%-dək artıb
Sənaye sektoru neft yataqlarında gedən təmirinin uzanması nəticəsində 0,7% azalıb. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, cari ilin aprel-iyul aylarında ölkədə qeydə alınan ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% artıb.

Qeyd edək ki, İngiltərə Bankının (“Bank of England”) proqnozuna görə, Böyük Britaniya iqtisadiyyatı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə bu ilin sonuncu rübündə qayıdacaq.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər