10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya parlamenti Conson hökumətinə etimadsızlıq votumu elan edə bilməyib

Böyük Britaniyanın İcmalar Palatası beş saatlıq müzakirələrdən sonra Boris Conson hökumətinə etimadsızlıq votumu elan edə bilməyib.

238 deputat mövcud hökumətin əleyhinə səs versə də, 349 deputat onu dəstəkləyib. Müzakirələr əsasən daxili məsələlərlə bağlı olub. Leyboristlər Boris Conson hökumətini əhaliyə sosial dəstəyin uğursuzluğunda günahlandırıb. Hökumətə etimadsızlıq votumu elan edilsəydi, Böyük Britaniyada ümumi seçkilər keçirmək lazım gələcəkdi.

Boris Consonun istefası Mühafizəkarlar partiyasının yeni liderinin və Nazirlər Kabinetinin növbəti başçısının namizədliyi ilə bağlı partiyadaxili müzakirələrə səbəb olub. Partiyanın aparıcı üzvləri yeni baş nazirin sentyabrın əvvəlində, İcmalar Palatası yay tətilindən qayıtdıqdan sonra təyin edilməsini istəyir. Müvafiq müsabiqənin planları “1922-ci il komitəsi” adlanan qurumun (İcmalar Palatasında mühafizəkarlar qrupu) iclasında təsdiqlənəcək.

Müsabiqə iki mərhələdə keçiriləcək. Əvvəlcə Mühafizəkar deputatlar namizədlərin sayını ikiyə endirəcək. Daha sonra bütün partiya üzvləri arasında növbəti lideri müəyyən edəcək kampaniya başlayacaq. “1922-ci il komitəsi” iyulun 21-də müsabiqənin parlament mərhələsini başa vurmağı planlaşdırır.

Qeyd edək ki, iyulun 7-də təxminən 60 nəfərin Böyük Britaniya hökumətini tərk etməsi səbəbindən Boris Conson Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verməyə məcbur olub. O, yeni

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər