Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyaları genişləndirib.
Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalar Rusiya kanallarına və Rusiyadan olan ayrı-ayrı jurnalistlərə şamil edilib.
Jurnalist Nailə Əsgərzadə, müharibə müxbirləri Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyevun ölkəyə girişinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər görülüb.
Bundan əlavə, “Kamaz”, “Otkritie”nin rəhbəri Mixail Zadornov və “Sovcombank”ın idarə heyətinin sədri Dmitri Qusevə qarşı məhdudiyyətlər tətbiq edilib.