10 C
Baku
Thursday, December 12, 2024

Britaniya Rusiya üzrə sanksiyalar siyahısına daha 6 nəfəri əlavə edib

Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyası ilə bağlı sanksiyalar siyahısına daha altı fiziki şəxs və bir xəbər saytını əlavə edib.

Bu barədə krallığın Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, sanksiyalar siyahısına KİV ilə əlaqəli Mixail Sinelin, Aelita Mamakova, Yevgeni Qlotov, Yuri Fedin, Darya Dugina və Alyona Çuquleva əlavə ediliblər.

Bundan əlavə, Londonun versiyasına görə, “Rusiyanın xeyrinə dezinformasiya yayan” və Türkiyədə qeydiyyatda olan “United World İnternational” internet saytı da sanksiyalar siyahısına daxil edilib.

Sansksiyalar siyahısına əlavə edilmə aktivlərin dondurulmasını nəzərdə tutur.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər