10 C
Baku
Wednesday, December 11, 2024

Britaniya rusiyalı oliqarxların 21 mlrd. dollarlıq aktivlərini dondurub

Böyük Britaniya hökuməti Ukraynadakı müharibə səbəbindən sanksiyaya məruz qalan rusiyalı oliqarxların, həmçinin digər fiziki və hüquqi şəxslərin 18 milyard funt-sterlinq (təxminən, 21 milyard dollar) məbləğində aktivlərini dondurub.

Böyük Britaniya Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Maliyyə Sanksiyaları İdarəsinin məlumatına əsasən, Rusiya Liviya və İranı keçərək Böyük Britaniya tərəfindən ən çox sanksiyaya məruz qalan ölkə olub.

“Biz Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etdik və bu, onların hərbi sahəsinə zərbə vurur. İsmarışımız aydındır: Putinin bu amansız müharibədə uğur qazanmasına imkan verməyəcəyik”, – Böyük Britaniyanın maliyyə naziri Endryu Qriffit deyib.

Bu günə qədər Böyük Britaniya rusiyalı 1200-dən çox fiziki şəxsə, 120-dən çox təşkilata, o cümlədən tanınmış iş adamlarına, şirkətlərə və siyasətçilərə qarşı sanksiya tətbiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər