5 C
Baku
Saturday, December 14, 2024

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə məlumat Krallığın hökumət portalında dərc edilib.

Hökumətin yeni sanksiyalar siyahısında Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən 29 fiziki və hüquqi şəxslər yer alır.

Britaniya hökuməti Kremlə qarşı tətbiq olunan sanksiyaları Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırıb.

Sanksiya siyahısında yer alanlar arasında Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər şəbəkəsi də var. Britaniya hökumətinin fikrincə, həmin şəbəkə 300 milyon dollardan çox qızıl gəlirlərinin Rusiyaya yönəldilməsində iştirak edib.

Rusiyanın iki aparıcı qızıl istehsalçısı olan “Nord Gold PLC” və “Highland Gold Mining Ltd” şirkətlərinə, oliqarxlar Vladislav Sviblov və Konstantin Strukova da sanksiyalar tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər