19 C
Baku
Thursday, April 25, 2024

Britaniya sakinləri bir ayda elektrik və qaz istehlakını 10% azaldıblar

Böyük Britaniya sakinləri oktyabr ayından elektrik və qaz istehlakını təxminən 10% azaldıblar. Buna ölkədə enerji böhranının güclənməsi səbəb olub.

Bu barədə “Guardian” qəzeti yerli enerji şirkətlərinin məlumatlarına istinadən xəbər verib.

Xüsusilə, “E.ON” analitikləri son həftələrdə Britaniyada enerji istehlakında iki rəqəmli azalma qeydə alıblar – 10-15%. Öz növbəsində, “Telecom Plus”un rəhbəri Endryu Lindsi oktyabrda ölkədə qaz istehlakının təxminən 10% azaldığını açıqlayıb.

Eyni zamanda, şirkət böhran şəraitində yerli sakinlərin qənaət etmək istəyi ilə əlaqədar bu göstəricinin daha da azalacağını gözləyir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər