Böyük Britaniyanın “Oxfam” Təşkilatının Azərbaycandakı törəmə kredit təşkilatına kənardan vəsait cəlb etmədən nizamnamə kapitalını minimal tələb həddinə qaldırıb.
2002-ci ildə yaradılan BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin nizamnamə kapitalı 300 min manata qədər qaldırılıb. Qeyd edək ki, uzun müddət idi ki, bu BOKT minimal tələbdən aşağı həddə nizamnamə kapitalına (6 847 manat) sahib idi.
Banker.az-a daxil olan məlumata görə, BOKT-un nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət hesabına artırılmışdır.
Hazırda bu artımdan sonra BOKT “İnkişaf üçün Maliyyə”nin yeganə səhmdarı həmçinin təsisçisi Böyük Britaniyanın “Oxfam” Təşkilatıdır.