-1 C
Baku
Sunday, December 15, 2024

Britaniya Ukraynaya 500 milyon dollar ayırıb

Böyük Britaniyadan Ukraynaya 1.76 milyard dollarlıq yardım paketindən 500 milyon dollar məbləğində maliyyə vəsaitinin cəlb edilməsinə dair növbəti saziş imzalanıb.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda bildirib.

Şmıqal qeyd edib ki, vəsait xilasedicilərin və müəllimlərin maaşlarına, pensiyaların ödənilməsinə, aztəminatlı ailələrin, əlil uşaqların, məcburi köçkünlərin təminatına, həmçinin tibbi xidmətlərin ödənilməsinə yönəldiləcək.

Bundan əvvəl Ukrayna hökuməti 600 milyon avro maliyyə vəsaitinin cəlb edilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bir sıra memorandumlar imzalayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər