12 C
Baku
Saturday, May 18, 2024

Britaniya Ukraynaya “Stormer” zirehli raket qurğusu göndərəcək

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə “Stormer” zirehli raket qurğusu göndərəcək.

Məlumatı Britaniyada çıxan “Sun” qəzeti yayıb.

Məlumata görə, bu qurğu rütubətli Ukrayna torpaqlarında da yaxşı hərəkət edir.

Bildirilib ki, “Stormer” “BAE Systems” şirkətində istehsal olunub. Onu 3 nəfər – komandir, sürücü və atıcı idarə edir. “Stormer”də “Startstreak” raketləri quraşdırılıb. O, düşmənin ən aşağı səviyyədə uçan təyyarə və helikopterlərini raketlə vura bilir.

Mütəxəssislər bunu Qərb dövlətlərinin indiyədək göndərdikləri ən yaxşı komplekt sayırlar.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər