Böyük Britaniya yaxın vaxtlarda Ukraynaya 10 ədəd özüyeriyən artilleriya qurğusu, eləcə də digər döyüş sursatları verəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.
Conson Zelenskiyə Britaniya hərbi texnikası, o cümlədən yaxın günlərdə Ukraynada olacaq 10 özüyeriyən artilleriya sistemi və digər növ döyüş sursatları haqqında ən son məlumatları təqdim edib.
İyunun 15-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya hərbi yardımın genişləndiriləcəyini vəd edib.